Bu il Azərbaycanda hərbi məhsulların istehsalı -10 faiz artıb
“Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan ümumi məhsul həcminin 60 %-dən çoxunu ixraca yönəltmək mümkün olub".
Yenixeber.org: Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bunun nəticəsində nazirliyin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 % artıb.