Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

BNA:"Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur"

BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

Bu gün “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur.

Yenixeber.org: Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.

"Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik.

Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır.

Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır", - məlumatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam