Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

BNA-dan sosial şəbəkələrdə yayılan videoya münasibət

    

BNA-dan sosial şəbəkələrdə yayılan videoya münasibət
Bir sıra Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair məlumat və video görüntü nəzarətə götürülərək araşdırılıb.
Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.



Bildirilib ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib.

Bakı Nəqliyyat Agentliyi (BNA) sosial şəbəkə istifadəçilərindən və KİVnümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir: "Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq BakıNəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam