Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycanlı nazir -Türkiyədə verilişə çıxdı

Azərbaycanlı nazir Türkiyədə verilişə çıxdı
“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov qardaş ölkənin NTV kanalında yayımlanan, teleməkanın ən baxımlı və nüfuzlu layihələrindən olan "Gecə Gündüz" verilişində qonaq olub.
Yenixeber.org: Tanınmış aparıcı Gülay Avşarla səmimi dialoq şəklində davam edən buraxılış ərzində “Korkut Ata” Beynəlxalq Film Festivalının türk dünyası üçün böyük əhəmiyyətindən, ehtiva etdiyi dəyərlərin vəhdətindən bəhs olunub.

Anar Kərimov festival çərçivəsində Azərbaycanı təmsil edən "Biz" sənədli filmi haqqında da ətraflı məlumat verib. Xalqımızın taleyinə birliyimizin zirvəsi, Vətənə məhəbbətin, milli məfkurənin təntənəsi kimi həkk olunan, ən əsası isə bizi " Biz" edən şanlı tariximiz - 44 günlük Vətən müharibəsi və Zəfərimizdən danışıb.

Nazir, həmçinin, iki qardaş ölkə, Türkiyə və Azərbaycanın tarixin sınaqlarından alnıaçıq çıxmış dostluq münasibətlərinin mədəni müstəvidə də davam etdiyini vurğulayıb. İncəsənətin bir çox sahəsində gerçəkləşən və nəzərdə tutulan birgə layihələrin önəmindən bəhs edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam