Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Anar Kərimov -Türkiyə səfiri ilə görüşüb

Anar Kərimov Türkiyə səfiri ilə görüşüb

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Yenixeber.org: Mədəniyyət Nazirliyindən verilən məlumata görə, A.Kərimov ilk görüşünün məhz Türkiyə səfiri ilə keçirilməsinin əlamətdar olduğunu bildirib. 

O, son günlərdə baş verən hadisələrdə qardaş Türkiyənin hər zaman olduğu kimi Azərbaycanı tək qoymamasına və hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib.

Daha sonra mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. A.Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsi, konkret sahələr üzrə təcrübə mübadiləsinin aparılması və ortaq mədəni irsin qorunması üçün geniş imkanlar olduğunu qeyd edib. Bildirib ki, mədəniyyət sənayeləri, kino, mədəni irs və muzey işi sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir.

E.Özoral qəbula görə Anar Kərimova təşəkkür edib. Səfir Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da əməkdaşlığın inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Bu istiqamətdə xüsusilə mədəniyyət sahəsində tələbə mübadiləsi, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq və hər zaman olduğu kimi beynəlxalq platformalarda əməkdaşlıq sahəsində də işlərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupun tərkibinin yenidən formalaşdırılması barədə razılığa gəlinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam