Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

"Hürkuş"dan NATO üzvləri də istifadə edəcək" -İsmayıl Dəmir

Türkiyə istehsalı olan “Hürkuş” təlim-məşq təyyarələri NATO-ya üzv ölkələr üçün etibarlı sayılıb və alyansa daxil olan dövlətlər ondan istifadə edə biləcəklər”.

Yenixeber.org: “TRT Haber” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, “Hürkuş” NATO ölkələrinə ixrac ediləcək: “Ölkələr ordularında bu təyyarədən istifadə edə biləcəklər. Milli döyüş təyyarəsini mümkün qədər daha tez istehsal etmək üçün bütün gücümüzlə çalışırıq. Son illərdəki fəaliyyətimiz nəticəsində təcrübəli insan resurslarımız və mühəndislərimiz artıb. Belə bir şəraitdə dünyada çox iddialı bir işə başladıq. Ölkələrin çoxunda belə layihə yoxdur. Hədəfimiz döyüş təyyarələrini 2023-cü ildə anqara çıxarmaqdır. İlk uçuşumuzu 2025-ci ildə həyata keçirmək istəyirik. İnşallah təyyarəmizi sınaqdan keçirəcəyik. Həm Türkiyədən, həm də dünyadan gələn insan resurslarından istifadə etmək istəyirik. Milli döyüş təyyarəsi 5-ci nəsil məsafədən zərbə endirmə qabiliyyəti, elektron təchizatı, müasir radar sistemləri ilə təchiz ediləcək. Bütün elementlər təyyarəmizin içində olacaq. Onların ən qısa zamanda Türkiyə Silahlı Qüvvələri inventarına daxil olmasını planlaşdırırıq. Bəziləri pulla ala bilməyəcəyiniz texnologiyalardır. Biz bu istiqamətdə fəaliyyətə çoxdan başlamışıq və davam etdiririk”.

Nazir deyib ki, “F-35”in maliyyə dəyəri 60 milyard dollardır: "Milli qırıcı layihəsi isə 10 milyard dollara başa gələcək. Yerli və milli döyüş təyyarələrinin ilk prototipi 2022-ci ildə hazır olacaq. Onun kütləvi istehsalına isə 2028-ci ildə başlamağı planlaşdırırıq. 2030-cu ildə Türkiyənin “F-35” və “F-16”ya ehtiyacı olmayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam