Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə ordusunun yükdaşıyan dronu-Texnoloji nailiyyət. FOTO

 

Türkiyə Silahlı Qüvvələri əməliyyatlarda logistika ehtiyaclarını qarşılamaq üçün yeni vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik “Karqo” pilotsuz uçuş aparatlarından istifadə edəcək. Türkiyənin Müdafiə Sənayesi Müşavirliyi (SSB) və TUSAŞ şirkəti arasında bu uçuş aparatlarının istehsalına dair müqavilə imzalanıb.

Yenixeber.org: Bu barədə mətbuata açıqlamasında Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin rəhbəri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, artıq layihə ilə bağlı bütün dəyərləndirmələr tamamlanıb: “2021-ci ildə “Karqo” PUA sisteminin kütləvi istehsalına başlanılması planlaşdırılıb. 50 kq faydalı yük daşyacaq dronlar xüsusən dağlıq ərazidə iki nöqtə arasında 1 saat yük daşımaq imkanına malik olmaqla türk əsgərinin ehtiyac duyduğu logistik dəstəyi verəcək. 150 kq faydalı yük daşıma qabiliyyətinə malik “Kargo” PUA layihəmiz üzərində də çalışırıq”, – İsmayıl Dəmir bildirib.

SSB rəhbəri həmçinin qeyd edib ki, “Karqo” PUA sayəsində təhlükəsizlik qüvvələrinin ehtiyac duyacağı silahlar, döyüş sursatları, tibbi avadanlıqlar, təchizat kimi ehtiyaclar çətin hava şəraitində belə, qısa müddətdə və etibarlı şəkildə çatdırıla bilər.

Bir müddət əvvəl fırlanan pərli PUA-lar üzərində çalışan TUSAŞ daxili və beynəlxalq sərgilərdə həmin uçuş aparatlarını nümayiş etdirib. Hazırda PUA-ların təkmilləşdirilməsi üzərində çalışan şirkət bu dronlardan dəniz platformalarında və mülki bölgələrdə müxtəlif ehtiyacları ödəmək üçün istifadə etməyi hədəfləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam