Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan hökuməti ABŞ-la danışıqlar aparır-Qarabağa sərmayə qoyuluşu ilə bağlı

“Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasında Amerika şirkətlərinin iştirakı üçün yaxşı potensial var”.

Yenixeber.org: Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələ ilə bağlı ABŞ hökuməti ilə danışıqlar aparır: “Düşünürəm ki, bu məsələ daha çox Amerika şirkətlərinin Azərbaycana sərmayə qoymaqda maraqlı olmasından asılıdır. Təbii ki, bəzi Amerika şirkətləri gələ bilər, amma bu, hökumətdən asılı deyil. Bu, şirkətlərin özlərinin qərarıdır”.

Amerikalı diplomat qeyd edib ki, ABŞ-ın siyasi maraqları baxımından Qarabağa Amerika investisiyaları üçün heç bir problem yoxdur. Amerika şirkətləri hansı ölkələrə sərmayə qoyacaqlarına özləri qərar verirlər.

Eyni zamanda, Sekuta ABŞ hökumətinin Azərbaycanla sıx iqtisadi əməkdaşlığa xüsusi marağı olduğunu vurğulayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam