Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın şirkət və biznesmenlərinə sanksiyalar qoyuldu –SƏBƏB

ABŞ Rusiya ilə Şimali Koreya arasında silah satışını asanlaşdırdıqları üçün iki rusiyalı biznesmenə və üç rus şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Yenixeber.org: Məhdudiyyətlərə “Rafort” şirkətinin sahibi Rafael Qazaryan, eləcə də “Technologies” şirkətinin rəhbəri Aleksey Budnev daxil edilib. Sanksiya siyahısına “Trans-Kapital” şirkəti ilə birlikdə təşkilatçların özləri də əlavə edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Qazaryan Rusiya və KXDR arasında silah sövdələşmələrini asanlaşdırmağa cəhd etdiyi üçün ötən ilin martında sanksiyaya məruz qalan Slovakiya vətəndaşı Aşot Mkrtıçevlə əməkdaşlıq edib. İddia olunur ki, 2023-cü il ərzində Qazaryan Mkrtıçevlə oxşar əməliyyatlar təşkil etmək üçün fəaliyyət göstərib. Bundan əlavə, Qazaryan “Trans-Kapital”dan təyyarə komponentlərinin Şimali Koreya silah satıcısına çatdırılmasını asanlaşdırmaq üçün istifadə edib.

Nazirlik onu da bildirir ki, Budnev 2023-cü ilin martında, ehtimal ki, KXDR-də istehsal olunan hərbi rabitə vasitələrinin Rusiyaya tədarükünü asanlaşdırıb.

Maliyyə nazirinin Maliyyə Kəşfiyyatı və Terrorla Mübarizə üzrə müavini Brayan Nelson deyib: “Bugünkü hərəkətlərimiz Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığının qarşısını almaq öhdəliyimizi əks etdirir”.

Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya 2022-ci ildən etibarən Şimali Koreyadan 3 milyondan çox artilleriya mərmisi və 500 mindən çox reaktiv yaylım atəşi mərmisi almış ola bilər. Rusiya da öz növbəsində Şimali Koreyanı kosmosa buraxılış texnologiyası ilə təmin edə bilər. Moskva və Pxenyan bunu rəsmən təsdiqləməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam