Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar

 Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır

Yenixeber.org: Bu barədə çərşənbə axşamı “The Wall Street Journal” qəzetinin elektron versiyası yazıb.
Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.
ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, həmin şirkətlərin bu dövr ərzində gəlirləri 176 milyon dollar təşkil edib. Bundan əlavə, İranla ABŞ-ın çoxsaylı kiçik özəl şirkətləri də işləyir ki, onlar öz gəlirlərini Komissiyaya açıqlamaq məcburiyyətində deyillər.
İranla atom sazişindən sonra əməkdaşlıq edən iri şirkətlər arasında
“Honeywell” aerokosmik korporasiyası, “General Electric” energetika şirkəti, “Dover” sənaye şirkəti, “Chubb” sığorta şirkətinin Amerika bölməsi də var.
İndi onların hamısı ABŞ-ın sanksiyalar haqqında qanunlarını pozmamaq üçün İranı tərk etməlidirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam