Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları -Emin Əmrullayevin bundan xəbəri var?

Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayraq, hələdə bir çox təhsil ocaqları "köhə qayda"larla işlərini davam etdirirlər. Belə təhsil ocaqlarından biridə Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdir.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcov yenə də "köhnə qayda"larla işlərini davam etdirir. Belə ki, məktəbdə bir çox müəllimlərin dərs saatlarının şişirdildiyi və təhsil alan şagirdlərin əksəriyyətinin dərslərə qatılmadığı bildirilir.
Məlumatda qeyd edilir ki, məktəbin rus rektorunda təhsil alan şagirdlərin əksəriyyətinin sadəcə jurnalda adları mövcuddur. Həmin şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getdikləri üçün dərslərə qatılmırlar və bunun üçündə məktəb rəhbərliyinə aylıq ödəyirlər.
Məlumatda vurğulanır ki, adı olub özü olmayan şagirdlərdən alınna aylıq məsələsinə direktorun müavini Reyhanə Qurbanova nəzarət edir. Həmçinin dərs saatları şişirdilən müəllimlərlə danışıqların aparılmasıda direktor müavinə həvalə edilib.
Bildirilir ki, direktor Xəyyam Fərəcov məktəbdə baş verənlərin gizli saxlanılması üçün bütün müavinləri ilə məcburən anlaşıb. Yəni məktəb direktoru dərs saatlarının şişirdilməsinə və jurnallarda adı olub özü olmayan şagirdlərin olmasına göz yuman müavinlərə də müəyyən "şərait"lər yaradıb.
Bildirək ki, 248 saylı məktəb uzun müddət ölkə mətbautın gündəmindən düşməyib. Həm keçmiş direktor Əsli Quliyeva həmdə hazırkı direktor Xəyyam Fərəcovla bağlı müxtəlif məlumatlar, şikayətlər dərc olunub. Mövzuya qayıdacağıq.(Azerbaycanreallığı)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam