Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Azərbaycan vətəndaşlarının İtaliyaya girişi niyə qadağan olunub? -Səfirlikdən açıqlama

 

İtaliya Səhiyyə Nazirliyi Azərbaycanı "E siyahısı"na salıb.

Yenixeber.org: Bununla da ölkə vətəndaşlarının müəyyən müddət İtaliyaya girişinə icazə verilmir.

Qeyd edək ki, Nazirliyin iyulda qəbul etdiyi qərarı ilə Azərbaycan "D siyahısı"nda idi. Həmin siyahının şərtlərinə görə, ölkə vətəndaşlarının İtaliyaya girişinə məhdudiyyət tətbiq edilmirdi.

Görülən tədbirlər COVID-19 pandemiyası ilə əlaqədardır.

Maraqlıdır, ölkələrdəki epidemioloji vəziyyət hansı həddə olmalıdır ki, məhdudiyyətlər tətbiq edilsin? Ümumiyyətlə, siyahıların tərtibi nəyə əsasən aparılır, standartları nədir?

İtaliyanın Azərbaycandakı səfirliyindən Cebhe.info-ya verilən məlumata görə, bu cür siyahılar Avropa İttifaqı Şurasının tövsiyəsinə uyğun hazırlanır:

"COVID-19 epidemiyasının yayılması ilə əlaqədar olaraq Avropa İttifaqı ərazisinə giriş-çıxış qaydalarının tənzimlənməsi məqsədilə Avropa İttifaqı Şurası tərəfindən 30 iyun 2020-ci il tarixində 2020/912 nömrəli “Avropa İttifaqına qeyri-vacib səyahətlərə müvəqqəti məhdudiyyətlər və bu məhdudiyyətlərin mümkün aradan qaldırılması” adlı tövsiyə qəbul edilib.

Sözügedən tövsiyəyə əsasən, mütəmadi olaraq Avropa İttifaqına üzv olmayan ölkələrdəki epidemioloji vəziyyət təhlil edilir, hansı ölkələrdən Avropa İttifaqı ərazisinə qeyri-vacib səyahətlərin edilməsinə icazə verilməsi ilə bağlı siyahı tərtib olunur və bu xüsusda, mütəmadi olaraq sözügedən tövsiyəyə dəyişiklik edən yeni tövsiyə sənədləri qəbul olunur.

Qeyd edək ki, Avropa İttifaqı Şurası tərəfindən sonuncu belə sənəd 8 oktyabr 2021-ci il tarixində qəbul edilmiş 2021/1782 nömrəli tövsiyə sənədidir.

Sözügedən tövsiyənin 1-ci əlavəsinə uyğun olaraq, Avropa İttifaqı ərazisinə qeyri-vacib səyahətlərə icazə verilən ölkələrin siyahısı müəyyən edilib. 30 avqust 2021-ci il tarixində qəbul edilmiş 2021/1346 nömrəli tövsiyə sənədindən fərqli olaraq Azərbaycan hazırki siyahıya daxil edilməyib.

Avropa İttifaqı Şurasının 8 oktyabr 2021-ci il tarixində qəbul edilmiş 2021/1782 nömrəli tövsiyəsinin icrası məqsədilə, habelə COVID-19 epidemiyasının müxtəlif ölkələrdə artma tendensiyasının müşahidə olunması ilə əlaqədar olaraq, İtaliya Respublikası ərazisinə giriş-çıxış qaydaları ilə bağlı İtaliya Respublikası Səhiyyə Nazirliyi tərəfindən 22 oktyabr 2021-ci il tarixində 26 oktyabr-15 dekabr 2021-ci il müddətinə qüvvədə olacaq yeni qərar qəbul olunub.

Qərara uyğun olaraq, İtaliya Respublikası ərazisinə giriş-çıxış qaydalarında bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, İtaliya Respublikası ərazisinə giriş üçün ölkələr şərti olaraq müəyyən kateqoriyalara bölünub və Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bruney, Moldova, Monteneqro, Şimali Makedoniya və Serbiya “D kateqoriyasından” çıxarılaraq “E kateqoriyasına” daxil edilibdir".

Diplomatik nümayəndəlikdən bildirilib ki, qərara əsasən, son 14 gün ərzində “E kateqoriyası”nda olan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və ya orada qalan şəxslər İtaliya Respublikasına yalnız iş, təhsil, sağlamlıq və digər mütləq zərurət kimi xüsusi səbəblərlə əlaqədar səyahət edə bilərlər:

"Səyahət edən şəxslər İtaliyaya daxil olmadan öncə rəqəmsal sərnişin axtarış formasını onlayn formatda tərtib etməli, İtaliyaya daxil olacağı vaxtdan 72 saat öncə alınan neqativ (molekulyar və ya antigen) test nəticələrini təqdim etməli, İtaliyada son qalma məntəqəsində 10 gün tibbi nəzarət altında özünü təcrid etməli və həmin müddətdən sonra yeni molekulyar və ya antigen test verməlidirlər.

COVID-19 simptomlarını göstərən şəxslərdən dərhal müvafiq səhiyyə qurumunu xəbərdar etmələri və səlahiyyətli orqanların qərarlarını gözləyərkən özlərini təcrid etmələri tələb olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam