Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Pirallahıda narkotik satan şəxslər saxlanılıb

Pirallahıda narkotik satan şəxslər saxlanılıb

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.

Yenixeber.org: Daxili İşlər Nazilriyindən verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam