Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Saatlıda -narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanıldı

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-ф verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini, 24 yaşlı İnsafəli Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 1 kiloqram 224 qram olan marixuana, eləcə də 7 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı İ.Ağayev qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam