Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“NƏİNKİ QARABAĞI, HƏTTA ERMƏNİSTANI DA İTİRƏCƏYİK” -"Hamı bu nəticələri gözləyirdi..." + VİDEO

“2006-cı ildə Artur Tovmasyan “Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, dəfələrlə demişdim: 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişaf o vaxtkı kimi olsa, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik”.

Yenixeber.org: Bunu Xankəndindəki separatçı tör-töküntülərin sözdə lideri Araik Arutyunyan deyib.

O xatırladıb ki, həmin dəyirmi masada çıxışı konkret olub: “Çıxışımın məzmunu bu idi. Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8%-ni təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. O vaxtkı qiymət 70-80 dollar idi, bu da hər il ən az 30 milyard dollar təmin edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.

Separatçı məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmaq məqsədilə deyib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı: “Neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14% oldu. Daha sonra artım ən yaxşı halda 4-5% idi. 2016-cı il bizim üçün bir xəbərdarlıq oldu. Biz dünyaya qarşı mübarizə apardıq. Dünya gözləyirdi, hamı bu nəticələri gözləyirdi, çünki 2015 -ci ildən sonra təzyiq göstərərək problemin məlum bir variantla həll etməyə çalışdılar”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam