Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Arutyunyandan ŞOK SÖZLƏR: -"Nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik"

Arutyunyandan ŞOK SÖZLƏR: "Nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik"

“2006-cı ildə Artur Tovmasyan “Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, dəfələrlə demişdim: 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişaf ovaxtkı kimi olsa, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik”.

Yenixeber.org: Bunu Xankəndindəki separatçı tör-töküntülərin sözdə lideri Araik Arutyunyan deyib.

O xatırladıb ki, həmin dəyirmi masada çıxışı konkret olub: “Çıxışımın məzmunu bu idi. Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8%-ni təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. O vaxtkı qiymət 70-80 dollar idi, bu da hər il ən az 30 milyard dollar təmin edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.

Separatçı məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmaq məqsədilə deyib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı: “Neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14% oldu. Daha sonra artım ən yaxşı halda 4-5% idi. 2016-cı il bizim üçün bir xəbərdarlıq oldu. Biz dünyaya qarşı mübarizə apardıq. Dünya gözləyirdi, hamı bu nəticələri gözləyirdi, çünki 2015 -ci ildən sonra təzyiq göstərərək problemin məlum bir variantla həll etməyə çalışdılar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam