Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda avtobuslarda -maskadan istifadə etməyən şəxslərlə bağlı tədbirlər görülüb

 

Pirallahı Rayon Polis Şöbəsinin, eləcə də Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.

Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda maskadan istifadə etməyən şəxslər müəyyən edilərək onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.

Qeyd edək ki, Pirallahı rayonu ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam