Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

BMT Baş Assambleyasının növbəti sessiyası olacaq-Bu gün

BMT Baş Assambleyasının 76-cı sessiyası başlayacaq

BMT Baş Assambleyasının 76-cı sessiyası öz işinə çərşənbə axşamı (14 sentyabr - Red) başlayacaq və 21-27 sentyabr tarixlərində yüksək səviyyəli həftəlik yekunla bitəcək.

Yenixeber.org: Ötən il yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbiylə yubiley sessiyasının açılışı videoformatda keçib. Bu il çoxlu sayda yeksək səviyyəli qonaqların gələcəyi gözlənilir.

Baş Assambleya sədrinin səlahiyyətlərini, Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışan Abdullah Şahid yerinə yetirəcək, Təhükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edəcək.

Əsas mövzu, “Taliban” hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdikləri və artıq Nazirlər Kabinetinin qurulduğunu elan etdikləri Əfqanıstandakı vəziyyət olacaq. Ölkədə çətin humanitar vəziyyət yaranıb və inkişaf edir.

76 -cı sessiyanın Akkreditasiya komitəsi sentyabrın 14 -də keçiriləcək ilk iclasda formalaşdırılacaq. Ənənəvi olaraq, bura Rusiya, ABŞ, Çin və dünyanın müxtəlif yerlərindən seçilmiş altı ölkə daxildir. Komitə ölkənin BMT-dəki daimi nümayəndəsinin namizədliyini, habelə nümayəndə heyətinin yüksək səviyyəli həftə üçün akkreditasiyası barədə qərar qəbul edəcək.

Qlobal təşkilatdakı mənbənin “TASS”a verdiyi məlumata görə, Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulam İshakzai 21-27 sentyabrda ölkəsini yüksək səviyyəli tədbirlərdə təmsil edəcək. Yüksək səviyyəli həftədə 83 ölkənin lideri, 43 hökumət başçısı və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam