Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

AŞPA-nın bu sessiyası hibrid formatda keçiriləcək

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 25-28 yanvar 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək.

Yenixeber.org: Təşkilatın rəsmi saytının verdiyi xəbərə görə, AŞPA üzvlərinə qış sessiyasında uzaqdan və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılacaq.

Qış sessiyası zamanı Avropa Şurası baş katibinin müavini, assambleyanın sədri, Yunanıstan və İsveçrə üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron səsvermə yolu ilə keçiriləcək. Bundan əlavə, Almaniyanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Almaniyanın xarici işlər naziri Hayko Maas assambleyada çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.   

 

Sessiyanın əsas debat mövzularından biri COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktik düşüncələr olacaq. Həmçinin Gürcüstanda parlament seçkiləri ilə bağlı hesabat, Polşada və Moldovada hakimlərin müstəqilliyi və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə məsələlər müzakirə olunacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam