Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb -digəri ağır vəziyyətdədir

Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir

Ağstafada qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenixeber.org: Rayonun Köçəsgər kəndində Yaşar Zeynalovu qətlə yetirməkdə, onun qardaşı Müşfiq Zeynalovu bıçaqlamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Sabir Məmmədov tutulub.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


03:33

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

Rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


02:50

Ağstafa rayonunda bir nəfər mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib, daha bir nəfər isə ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində baş verib.

Belə ki, bıçaq xəsarətləri alan iki nəfərdən biri hadisə yerində ölüb. Daha bir nəfər - 1971-ci il təvəllüdlü Müşfiq Əmirxan oğlu Zeynalov bir neçə bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxsin kimliyi araşdırılır.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


02:36

Ağstafa rayonunda qətl hadisəsi olub.

Hadisə Köçəsgər kəndində qeydə alınıb. Belə ki, bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam