Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Zaqatalada qanlı dava-Ata qətlə yetirilib, oğlu xəsarət alıb

Zaqatalada 56 yaşlı kişi bıçaqlanaraq qətlə yetrilib, oğlu isə bıçaq xəsarətləri alıb.

Yenixeber.org: Hadisə oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.

Kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov aralarında hələ ki istintaqa tam məlum olmayan səbəbdən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.

Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam