Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycan Gürcüstanla birgə -müştərək turizm marşrutu yaradır

 

"Mədəni turizm marşrutlarının yaradılması ilə bağlı işlər görürük. Bu istiqamətdə Gürcüstanla birgə "Əli-Nino" turizm marşrutu hazırlayırıq".

Yenixeber.org: Bunu Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova bildirib.

O vurğulayıb ki, bu layihəni Gürcüstanla birgə hazırlayırıq: ““Əli-Nino" həm Azərbaycanın, həm də Gürcüstanın müəyyən ünsürlərini birləşdirir. Layihəni həyata keçirtməkdə məqsədimiz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm Gürcüstana səyahət etmək şansı yaratmaqdır. Çünki avropalı turistlər adətən Qafqaz ölkələrini bir turizm marşrutunda görmək istəyirlər. Bu marşrutla turistlər Azərbaycanda Bakını, Gəncəni gələcəkdə isə Şuşanı görmək şansı əldə edəcəklər. Gürcüstanda səyahət ediləcək yerləri isə Gürcüstan tərəfi hazırlayır və əsas istiqamət Tibilisi olacaq. “Əli-Nino” turizm marşrutu bu il üçün nəzərdə tutulur. Hazırda layihənin üzərində işlər aparılır”.

Ş.Həsənova deyib ki, növbəti il üçün hədəflərimizdən biri müştərək turizm marşrutların yaradılmasıdır: “Avropalı turistlər Qafqazı ümumi bir yerdə görmək istəyirlər ona görə bu cür turizm marşrutlarına ehtiyac var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam