Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kənan Quluzadə:"Azərbaycan və Gürcüstanı əhatə edən turpaketlər hazırlanıb"

"Azərbaycan və Gürcüstanın turizm şirkətləri iki ölkəni əhatə edən turpaketlər hazırlayıb".

Yenixeber.org: Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat katibi Kənan Quluzadə bildirib.

O deyib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində açılmış Azərbaycanın Turizm Nümayəndəliyinin əsas məqsədi vahid paketlərin formalaşdırılması ilə Gürcüstana gələn turistlərin Azərbaycana da keçidini təmin etməkdir: "Məqsəd Gürcüstanın Loqodek istiqamətindən Şəki və ətraf rayonlara, Qırmızı Körpü istiqamətindən Gəncəyə vahid paketlərin olmasıdır. Bu məqsədlə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətləri iki ölkəni əhatə edən turizm paketləri formalaşdırılıb".

K.Quluzadə bildirib ki, Azərbaycan və Gürcüstanın qarışısında duran əsas vəzifə sərhəd keçid məntəqələrini turistlər üçün daha sərbəst və rahat keçidi təmin etməkdir: "Məqsədimiz sərhədi protokol keçidi kimi hiss etsinlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam