Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"PFİZER" PEYVƏNDİ TƏHLÜKƏLİDİRMİ? -"Heç kim onun 10 il sonra yan təsiri olmayacağına zəmanət verə bilməz" (VİDEO)

"Bu gün iki qrup peyvənd var. Onlardan biri yeni nəsil peyvəndlərdir və buraya "Pfizer" də daxildir. Bir də ənənəvi, yəni öldürülmüş virusun hissəciklərinin olduğu və bizə yenidən fərqli şəkildə tətbiq edilən ənənəvi vaksinlər var. Unutmamaq lazımdır ki, tarix boyunca ənənəvi vaksinlərin yani təsir haqqında müzakirə mövzusu belə yoxdur".

Yenixeber.org: Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlərin sonsuzluq, cinsi problemlər yaratması kimi fikirlər heç bir elmi əsası olmayan iddialardır:

"Tarixdə 100 il əvvəl də peyvəndlər mövcud olub və həmin ənənəvi üsullarla onlar tətbiq edilirdi. Ümumiyyətlə elmi mərkəzlərdə bu kimi mübahisələr ortaya qoyulmayıb. Bu, sadəcə cəmiyyət arasında davamlı olaraq tirajlanan bir mövzudur. Bəli, 100 faiz heç kim zəmanət verə bilməz ki, on illər sonra "Pfizer" peyvəndiinin belə bir yan təsiri olmayacaq. Unutmamaq lazımdır ki, biz ehtimallar üzərində deyil, təhlükənin yarada biləcək problemi tərəzidə ölçərək, nəyin faydalı, nəyin zərərli olmasını düşünməliyik. Bu gün ürək-damar xəstəlikləri zamanı dünyada ən çox istifadə olunan "aspirin" və s. dərmanlar bu xəstəlikdən ölümün faizini azaldaraq ortalama yaşı 40-50-dən 80 yaşadək gətirib çıxardı. Halbuki bu dərmanların ehtimal olunan yan təsirləri bu gün istifadə olunan koronavirus peyvəndlərinin yan təsirlərindən yüzlərcə dəfə çoxdur. Amma bütün dünya onun zərərlərinə göz yumaraq faydasından yararlanır. Bu gün gündəlik olaraq koronadan həyatını itirən 15-20 nəfəri görə-görə heç bir elmi əsası olmayan fərziyyələrlə əlaqədar peyvəndə qarşı antitəbliğat aparmaq insanlığa qarşı heç də normal qəbul edilməyən çağırış kimi düşünülə bilər".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam