Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Pfizer” vaksini vurduranlara “Sinovac”la peyvənd olunmusunuz” bildirişi gəlir -FOTO

“Pfizer” vaksini vurduranlara “Sinovac”la peyvənd olunmusunuz” bildirişi gəlir - FOTO
Azərbaycanda koronavirus əleyhinə “Pfizer” vaksininin ilk dozasını vurduran vətəndaşlara https://randevu.its.gov.az/ saytında məlumatlarını daxil etdikdə onlara “Sinovac” peyvəndinin vurulduğu bildirişi gəlir.
Yenixeber.org: Bu kimi hallarla bir neçə vətəndaş rastlaşıb.Aldıqları cavabdan çaşqınlıq keçirən şəxslər bildirir ki, onlar əvvəldən “Pfizer” vurulan tibb müəssisələri üçün onlayn növbə götürüblər:“Xəstəxanada peyvənd vurduran vətəndaşlara verilən COVID-19 vaksinasiyası üzrə məlumat formasında “Pfizer” peyvəndinin adı qeyd olunsa da, sistemdə məlumatlarını daxil etdikdə bildiriş çıxıb ki, sizə ilk doza “Sinovac” vaksini vurulub”.“Repor”un əməkdaşı məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də məlumat verib. Bundan sonra Dövlət Agentliyi məsələni araşdırmağa başlayıb.Agentlikdən bildirilib ki, bu məsələ daha çox texniki məsələdir:“Yəni, https://randevu.its.gov.az/ sistemi ilk olaraq “Sinovac” vaksini üçün tənzimlənmişdi. Sonradan ölkəyə müxtəlif növ vaksinlər gətirildi və vətəndaşlara seçim imkanı verildi. Yeni vaksinlərin adı sistemə əlavə olunub və hər bir şəxs istədiyi vaksini vurdurmaq imkanı əldə edə bilir. Əsas məsələ vurulan peyvənd qarşılığında vətəndaşa verilən COVID-19 vaksinasiyası üzrə məlumat formasında hansı vaksinin adının yazılmasıdır. E-təbib səhifəsində QR kodlu vaksinasiya sertifikatı önəmlidir. Çünki qəbul edilən sənəd budur. Odur ki, heç bir narahatlığa əsas yoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam