Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? –Adil Qeybulla adını açıqladı

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? – Adil Qeybulla adını açıqladı

Bu gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda “Pfizer”lə yanaşı, Çinin “Sinovac Biotech”, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri də istifadə olunur. Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli olması ilə maraqlanır.

Yenixeber.org: Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində deyil: “Vaksinlərin nə qədər olmasından asılı olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə “Pfizer”, kiməsə “SinoVac” və ya “Sputnik-V” düşsün”.
Müsahibimiz hansı peyvəndin daha effektli olduğundan da söz açıb: “”Pfizer” matrisalı RNT tərkibli bir vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün “Pfizer” daha məqsədəuyğun olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı isə,  2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam