Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Tranzit Yükdaşımalar üzrə -Koordinasiya Şurasının sədri dəyişib

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri dəyişib

Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Yenixeber.org: Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.

Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Bundan başqa, fərmana əsasən, Şuranın fəaliyyətini Tarif (Qiymət) Şurasının Katibliyi deyil, Şuranın Katibliyi özü təşkil edəcək. Bu katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam