Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

DİN-dən Tahir Kərimlinin oğlunun təhlükəsizliyi ilə bağlı AÇIQLAMA

Millət vəkili Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu açıqlayıb. 
Yenixeber.org: Bu barədə deputat “Reaksiya TV”yə verdiyi müsahibədə deyib. Deputatın sözlərinə görə, Milli Məclisdəki məlum çıxışından sonra həmkarları onunla məsafə saxlamağa başlayıblar. Onunla nəinki liftə minmirlər, övladlarının toyuna belə dəvət etməyiblər.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır:
“Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək.
Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.
Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında eks-həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” deməsi müzakirələrə səbəb olmuşdu.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam