Tahir Mirkişilidən seçicilər niyə üz döndəriblər?-ETİRAZ
Yenixeber.org: Hər kəsə bəllidir ki, bir müddət bundan öncə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə, məhz parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi və çox keçmədi ki, parlament özünü buraxdı.
Özünü buraxan parlamentdə deputat olan şəxslərdən biri də Tahir Mirkişilidir. Hansı ki, o, bu gün də deputat olmaq istəyindədir və hal-hazlırda 42 saylı Sumqayıt II seçki dairəsindən namizəd olaraq qeydiyyatdan keçib. Bu ad-soyadı yerli sakinlərin əksəriyyəti heç vaxt eşitməyiblər. Hətta, bu ad-soyad jurnalistlərin əksəriyyətinə də tanış deyil. Bəlkə də, hansısa sakinlər onun səsini seçkidən-seçkiyə eşidiblər, bəlkə də eşitməyiblər. Bu barədə məlumatlar 42 saylı Sumqayıt II seçki dairəsində keçirdiyimiz sorğuda iştirak edən seçicilərin rəyindən bəlli oldu. Onların sözlərinə görə, Sumqayıtda Tahir Mirkişilinin üzünü heç zaman görməyiblər. Deputatın seçicilərinə qarşı laqeydliyi isə, ilk hal deyil. Bir çox millət vəkilləri seçkidən sonra vətəndaşları yada salmırlar. Adıçəkilən dairədən millət vəkili seçilmiş Tahir Mirkişili passiv deputatlar sırasında olan şəxslərdən biridir. Bu şəxs ikinci dəfə mandat sahibi olmağa iddialı olsa da, seçiciləri ilə maraqlanmır.