Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İmişlidə -narkotik satan şəxs saxlanılıb

İmişlidə narkotik satan şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundanYenixeber.org-a verilən məlumata görə,İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən rayon sakini Ruslan Səmədzadə və bir yeniyetmə saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik maddəni Elvin adlı şəxsdən aldıqlarını bildiriblər.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayonun Yalavac kənd sakini Elvin Quliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.

Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən "patı" və "şüşə" adlanan narkotik maddə - metamfetamin və heroin, eləcə də sellofan torbada və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam