Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Quba sakinlərindən -narkotik götürüldü

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Orxan Ərəbov idarə etdiyi naqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən şəxsi baxış zamanı nəqliyyat vasitəsindən bir ədəd kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam