TÜRKİYƏNİN YENİ PİLOTSUZ DÖYÜŞ TƏYYARƏSİ -Video

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".
Yenixeber.org: Bu barədə Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəsmi feysbuk hesabında paylaşım edilib.
Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.