Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə “Bayraktar” üçün yerli optika işləyib hazırlayıb

 Yenixeber.org: Türkiyənin milli texnoloji sıçrayışı səfərbərlikdə daha bir vacib addım olub. “Baykar” şirkəti tərəfindən milli səviyyədə hazırlanmış “Bayraktar” TB2 SİHA (silahlı pilotsuz uçuş aparatı ilə silahlanmış) Aselsan tərəfindən hazırlanmış CATS elektrooptik kəşfiyyat, müşahidə və hədəf sistemi ilə ilk sınaq atışlarını uğurla həyata keçirib, Türkiyənin “Milliyet” qəzeti məlumat verir.

Beləliklə, oktyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üzrə əməliyyatlarda pilotsuz uçuş aparatlarından istifadə səbəbindən Kanadanın    Türkiyəyə optik texnologiyaların verilməsinə embarqo qoyması pilotsuz uçuş aparatlarının inkişafına əngəl olmayıb.

Roketsan tərəfindən hazırlanmış qanadlarla Baykar yay-təlim mərkəzindən Mam-L (MiniSmartAmmunition) təlim döyüş sursatları ilə qalxan “Bayraktar” TB2 CATS kamerası milli sistemin lazer nişangahından uğurla atəş açıb.

Bayraktar TB2-dən buraxılan özü hədəfləyən  lazer başlıq CATS lazer markirovkanın köməyilə Saros buxtasında hədəf adasında yerləşən böyük yüksəklikdə və böyük məsafədə hədəfi vurub.

Sınaq uçuşları çərçivəsində yüksəksürətli hədəflərin ələ keçirilməsi və müşayiət edilməsi üzrə CATS imkanları sınaqdan keçirilib. Milli videokamera bütün sınaqlardan uğurla keçib.

Oktyabrın 5-də Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan hərbi məqsədlərlə istifadə olunan texnologiyaların Türkiyəyə ixracına dair icazələri dayandırıb.  O, Kanada texnologiyalarının Dağlıq Qarabağ münaqişəsində istifadəsi haqda məlumatdan sonra bəyanat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam