Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası təsdiqlənib

İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası təsdiqlənib

Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.

Yenixeber.org: Bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnaməsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, İntizam komissiyasının iclasının gününü və saatını komissiyanın sədri təyin edir.

Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edir. İntizam komissiyasının iclası haqqında komissiya üzvü (həmçinin barəsində komissiyada iş aparılan deputat) iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilməlidir. İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir.

İntizam komissiyasının sədrindən icazə alaraq komissiyanın iclasında iştirak etməmək üzrlü səbəb sayılır. İntizam komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətlidir.

İntizam komissiyasının iclasları qapalı keçirilir. İntizam komissiyasının 7 üzvünün razılığı ilə onun iclasları açıq və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilə bilər.

İntizam komissiyasının qərarları (rəyləri) açıq səsvermə yolu ilə onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

İntizam komissiyasının bu Əsasnamənin 3-cü maddəsində göstərilən səlahiyyətlərinə aid olan məsələlərə dair keçirilən iclaslarında İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (bu Əsasnamənin 3.1.10-cu maddəsində göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Milli Məclisin iclasında çıxış edə bilər.

İntizam komissiyasının iclasları protokollaşdırılır və stenoqrama alınır. İntizam komissiyasının iclasında iştirak etmiş deputatın həmin iclasın protokolu və stenoqramı ilə tanış olmaq və protokola qeydlər vermək hüququ vardır.

İntizam komissiyasının iclasları Milli Məclisin inzibati binasında keçirilir.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam