Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu şəxslər üçün günvurma daha təhlükəlidir - DİQQƏT!

Bu şəxslər üçün günvurma daha təhlükəlidir -  DİQQƏT!

Günvurmadan xüsusilə uşaqlar, yaşlı və xroniki xəstəliyi olanlar, həmçinin artıq çəkidən əziyyət çəkənlər ehtiyatlı olmalıdırlar.

Yenixeber.org: Bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində "Günvurma" mövzusundakı çıxışı zamanı bildirib.

O qeyd edib ki, uşaqlarda termorequlyasiya tam inkişaf etmədiyinə görə, günəş şüasının mənfi təsirlərinə daha tez məruz qalırlar: "Yaşlı insanlarda isə yanaşı xəstəliklərin olması ehtimalı çoxdur. Odur ki, yaşlı və xroniki xəstəliyi olanların günvurma nəticəsində vəziyyəti daha da ağırlaşa bilər".

N.Fərzəliyevanın dediyinə görə, günvurma adətən günün qızmar vaxtlarında -11:00-17:00 aralığında baş verir: "Vətəndaşlar zəruri hallarda evdən çıxmağa məcbur qaldıqda, ilk növbədə, səhhətlərinə və geyimlərinə diqqət yetirməlidirlər. Belə ki, baş örtüklərindən və gün eynəklərindən istifadə vacibdir. Həmçinin vətəndaşlara isti aylarda bol su qəbul etmək tövsiyə olunur".

Həkim, həmçinin günvurmanın simptomlarından bəhs edib: "Günvurma dərəcəsinə görə 3 növ olur: yüngül, orta və ağır. İlkin simptomlar arasında başda ağrılar, göz önündə qara nöqtələrin gəzişməsi, ürəkbulanma müşahidə edilir. Lakin xəstə həkimə müraciət etməsə və dincəlməzsə, ağırlaşma baş verə bilər. Ağır dərəcəli günvurma zamanı qusma, eşitmənin pozulması, sinir mənşəli əlamətlər ortaya çıxır, xəstə huşunu itirir. Bu, daxili orqanların funksiyasının pozulması deməkdir. Belə olan halda, xəstə stasionara yerləşdirilməzsə, onun ürək-damar sistemində və böyrəklərində problemlər yarana bilər ki, bu da öz növbəsində tənəffüs çatışmazlığına səbəb olar. Nəticədə, xəstə günvurmadan həyatını itirə bilər".

Xatırladaq ki, İyunun 22-29-da ümumilikdə 19 nəfər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 5-i uşaq olmaqla, 17 nəfərə yerində yardım göstərilib, 2-si uşaq olmaqla 7 nəfər isə hospitalizasiya edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam