Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Uşaqları çimərliyə aparanda diqqətli olmaq lazımdır– Bu qaydalara əməl edin!

Rusiyada 3 yaşlı uşağın çimərlikdə qızmar qumun üstündə yeridiyi üçün ayaqları yanıb. Uşağın 31 yaşlı anası danışıb ki, qızı ilə çimərlikdə oynamaq istəyib. Ana qızı ilə qaçanda uşaq birdən bərkdən qışqırmağa başlayıb. Anası görüb ki, qızının ayaqları yanıb. Xəstəxanada qızın ayaqlarına təcili şəkildə müdaxilə ediblər və bintlə sarıyıblar. Hazırda uşaq yeriyə bilmir və həkim nəzarəti altında tibb məntəqəsində qalıb.

Yenixeber.org: 3 yaşlı qızın başına gələnləri oxuyandan sonra fikirləşdik ki, azərbaycanlı valideynləri maarifləndirəcək yazı hazırlayaq. Uşaqları çimərliyə apararkən nələrə diqqət etməliyik?
Pediatr Aytən İsmayılzadənin sözlərinə görə, istənilən yaşda uşağı dənizə aparmaq olar: “Körpə uşaqları da dənizə aparmaq olar, amma gərək gigiyena qaydalarına tam riayət oluna… Uşaqları çimərliyə apararkən diqqət etmək lazımdır ki, su udmasın. Çalışmaq lazımdır ki, su maksimum həddə təmiz olsun. Müəyyən gigiyena qaydalarına riayət edilmədiyində uşağa infeksiya düşə bilər. 3 yaşına qədər uşaqların infeksiyaya ilə mübarizəsi çətindir. Dənizin natəmiz yerlərində uşaqlar lyamblya, parazit, bağırsaq çöpü, bağırsaq infeksiyaları, nəcislə ifraz olunan, yaxud cinsi infeksiyalar və s. yoluxa bilər. Bunlara əsasən su udma yolu ilə yoluxa bilər. Bundan başqa, günün altında çox qalanda günvurma, gün yanıqları da ola bilər. Dəridə kəskin iltihabi proses varsa, dəniz duzu bir yandan faydalı olsa da, çirkli su iltihabı artıra bilər. İlk əlamətlərdə – qusma, ürəkbulanma, ihsal başlayan kimi dərhal həkimə müraciət edilməlidir”.
Pediatr tövsiyə edir ki, çimərlikdə 1 yaşınadək uşaqlar uşaq arabasında qalsın: “Dənizin təmiz havası və günəş şüasini udsunlar. 1 yaşdan böyük uşaqlarım təmiz qumda və dəniz suyunda oynaşında qorxulu heç bir şey yoxdur. Uşaqları sadəcə suya salıb çıxartmaq azdır. Üzmə hərəkətləri etməsində fayda var. Dəniz suyu duzlu olduğuna görə mikrobları öldürür, xırda səpkiləri aparır, dezinfeksiya edici təsiri var, allergik, xüsusi ilə də ixtioz dərilərə faydalıdır. Uşağın su ilə təması psixomotorun inkişafına da kömək edir. Boğulma təhlükəsi olmasın deyə valideynin nəzarəti ilə uşaqları xilasedici şarlarla dayaz yerlərdə üzdürmək olar”.
A.İsmayılzadə bildirir ki, lap körpə uşaqlara yaxşı olar ki, xüsusi su keçirməyən bezlər taxılsın: “Qız uşaqlarının cinsiyyət orqanlarına qum, qurd, cinsi infeksiyalar keçməsin deyə çimərlik geyimi mütləq ayağına kip oturmalıdır. Günvurma halları olmasın deyə səhər 11-ə qədər, axşam 5-dən sonra çimərliyə getmək lazımdır. Uşaqlar üçün günəş qoruyucu kremlərdən istifadə etmək məsləhət deyil. Çünki qoruyucu kremlər ultra-bənövşəyi şüaları qaytarır. Bu halda dəri vitamin D qəbul etmir. Amma uşaq albinosdursa və ya dərisi çox ağ, yanmaya meyllidirsə, mütləq günəş qoruyucu kremlərdən istifadə edilməlidir. Nəzərə almaq lazımdır ki, qara dərili uşaqlar günün latda daha çox qala bilər. Ağ dəri vitamin D-ni tez alır deyə belə uşaqların dərisinin qaralmasını gözləmək lazım deyil. Dəri qaraldıqda vitamin D az yaranır.
Həkim məsləhət görür ki, çimərlikdə uşaqlar ayaqyalın gəzsinlər: “Qumda ayaqyalın gəzəndə ayağın altındakı reseptorlar masaj olunur. Qumun üzərindəki balıq qulaqları hər dəfə ayağın altında qaldıqca reseptorlar qıcıqlanır, psixomotora yaxşı təsir edir. Yeriyə bilən uşaqları dəniz sahilində ayaqyalın gəzdirmək lazımdır. İsti qum uşağın ayağını yandırmasın deyə çox vaxt uşaqlara rezin çəkələklər geyindirilir. Rezin çəkələklər istidə genişlənir. Üstəlik su da dəyəndə adamın ayağı içində sürüşür. Çox kiçik yaşlı uşaqlara rezin çəkələk geyindirəndə və o qumda yeriyəndə ayağı burxula bilər. Yaxşı olar ki, uşaqlara arxadan ayağı kip saxlayacaq rezini olan çəkələklər geyindirilsin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam