Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gigiyena və Epidemiologiya Mərkəzindən valideynlərə müraciət

 

Valideynlər uşaqlarının qidalanmasına diqqət yetirməlidirlər.
"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib.
O, bunu yay aylarında uşaqların daha tez infeksion xəstəliklərə yoluxması ilə əlaqələndirib. Direktor müavini valideynlərə müraciət edərək mənşəyi bilinməyən və tibbi normalara cavab verməyən qidaları uşaqlara verməməyə çağırıb: “Uşağlara verilən qidalar onların yaşına uyğun olmalıdır. Verilən sular qaynadılmış olmalıdır. Bununla yanaşı, uşaqlar üçün lazımlı bitkilər var ki, onlar da çox təmiz yuyulduqdan sonra verilməlidir. Uşaqlar yay aylarında daha tez xəstələnməyə və infeksiyaya yoluxmağa meylli olurlar”.
Yay aylarında uşaqların isti günlərdə açıq havada çox qalmamağı tövsiyə edən A.Əliyeva hesab edir ki, günəş şüalarının altında qalanların bağırsaq sistemində pozğunluq yaranması ehtimalı var: “Mümkün qədər uşaqları qızmar havalarda nəzarətsiz qoymamaq lazımdır. Bağırsaq pozğunluğu ilə yanaşı, həm də uşaqlar isti altında qalarsa, günvurma da baş verə bilər. Uşağın istifadə etdiyi hər bir ləvazimat və məmulat çox təmiz yuyulmalı, sanitar tələblərə cavab verən yerdə saxlanılmalıdır. Bu deyilənlərə riayət olunarsa, uşaqlarda infeksiya və xəstəlik yaranmaz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam