Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Çin Covid-19 virusunun laboratoriyada hazırlanmasını təsdiqləyən sübutları məhv edib” -Tramp

Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Tramp hesab edir ki, Çin hakimiyyəti yeni koronavirusun Uhan laboratoriyasından yayılmasını təsdiqləyən sübutları guya məhv edib.

Yenixeber.org: Bu qənaətlə keçmiş Amerika lideri «Fox News» telekanalının jurnalistlərinə müsahibəsində çıxış edib. Müsahibənin epizodları iyunun 23-də dərc olunub.

Eks-prezidentin bəyan etdiyi kimi, o, əvvəlcə buna əmin olub ki, yeni koronavirus Çin laboratoriyasından yayılmağa başlayıb.

«Mən, hesab edirəm ki, bu, böyük ehtimalla təsadüfdür. Elələri də var ki, bunun təsadüf olmadığını düşünürlər» - Tramp deyib.

Bu «çəkişmənin» uğurlu olub-olmayacağı barədə suala cavab verərkən, Tramp deyib: «Mən, belə fikirləşmirəm, çünki Çin artıq güman ki, bir çox sübutlardan qurtulub. İndi artıq çox gecdir. Mən hesab edirəm ki, sübutlara ciddi ziyan vurulub».

Məlum olduğu kimi, mart ayında beynəlxalq ekspertlər qrupu Cenevrədə Çinə səfər barədə hesabatını dərc edib. Mütəxəssislər birimənalı nəticəyə gəlməyiblər və hesab edirlər ki, ilk yoluxma halı güman ki, heyvanlar arasında təmas zamanı baş verib, ardınca isə onlardan insan yoluxub. Pandemiyanın mənşəyinin laboratoriyadan baş qaldırması barədə hipotezi isə ekspertlər az ehtimal olunan hesab ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam