Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanda son on altı ildə məzunların sayı -40 mindən çox azalıb

Azərbaycanda son on altı ildə məzunların sayı 40 mindən çox azalıb

2020-ci ildə ümumtəhsil müəssisələrinin 79 842 məzunu olub.

Yenixeber.org: Son on altı ildə məzunların sayı 43 266 nəfər azalıb.

Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son on altı ildə məzunların sayı 35.14% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2019-cu illə müqayisədə məzunların sayı 189 nəfər azalıb.

"Keçən illi nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. 2020-ci ildə isə sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 7% azalsa da, məzunların mütləq sayı artıb. Belə ki, keçənilki məzunlar həmin ildə sənəd verənlərin 80.52%-ni (65473 nəfər) təşkil edib, lakin ötən illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artmışdır. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində cari il məzunlarının payı ötən illə müqayisədə azalmışdır. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83, 2018-ci ildə 77.86% və 2019-cu ildə 87.54% olmuşdu. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalmış, cari illərin məzunlarının payı isə artmışdır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır", - Dövlət İmtahan Mərkəzindən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam