Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Almaniya “Telegram”ın boğazından yapışdı

 

Almaniya “Telegram”ın boğazından yapışdı
Almaniya Federativ Respublikası “Telegram” platformasını 55 milyon avro cərimə edə bilər. Bunun iki səbəbi var: Onun ölkədə dövlət orqanları ilə əlaqə saxlayacaq nümayəndəsinin olmaması və platformada Alman qanunvericiliyini pozan məlumatların yayılması.
Yenixeber.org: "Şpigel” xəbər verir ki, Almaniyanın Federal Ədliyyə Nazirliyi “Telegram”dan “qanuna tabe olmasını”, “hökumət üçün əlçatanlığı”, qanuna zidd kontenti dərhal silməsini və lazım gələrsə, istifadəçilərin məlumatlarını operativ şəkildə təqdim etməsini tələb edib.
Şirkətin hələ də Almaniya hökumətilə əlaqələndirici şəxs təyin etməməsilə bağlı məhkəmə artıq başlayıb.

Yada salaq ki, bir qədər öncə Almaniya hökuməti feysbuka qarşı da oxşar siyasət yürütmüş və sərt cərimələrlə sosial şəbəkənin ölkə qanunları ilə tənzimlənməsinə nail ola bilmişdi.

Düşünürük ki, Azərbaycan da Almaniya təcrübəsinə diqqətlə yanaşmalı və ölkənin reallığına uyğun formada tətbiqi üçün yollar axtarmaqdan çəkinməməlidir.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam