Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Koçaryan Sorosu da hədəf seçdi...

 

Koçaryan Nikoldan sonra Sorosu da hədəf seçdi
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlament seçkilərində qalib gəlsə, amerikalı iş adamı Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fonduna qarşı mübarizə aparmaq niyyətindədir.
Yenixeber.org: Bu barədə erməni KİV-ləri xəbər yayıb.

“Biz sadəcə qanunvericilik sahəsini formalaşdıracağıq, bundan sonra ya ciddi məhdudiyyətlər olacaq, ya da belə bir təşkilatın fəaliyyətinə birbaşa qadağa qoyulacaq. İki model var, bunlardan biri açıq şəkildə qadağadır. Başqa bir modelə əsasən, özlərini xarici agent kimi tanıtmalıdırlar. Bu "afişa" ilə xarici agent kimi fəaliyyət göstərməyə hazırdırlarsa, o zaman nəzarət altında olacaqlar", - Koçaryan deyib.

Qeyd edək ki, 2018-ci ilin may ayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra beynəlxalq təşkilatların bir çox əməkdaşı, o cümlədən Sorosla əlaqəli olanlar bu ölkədə icra və qanunverici orqanlarında yüksək vəzifələrə sahib olublar. Ölkənin hazırki rəhbəri Nikol Paşinyanın Sorosla birbaşa əlaqəli olması, hətta onun dəstəyi ilə hakimiyyətə gətirilməsi barədə müxtəlif məlumatlar mövcuddur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam