Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Cəlilabadda fermerlər becərdikləri kartofu satmaqda çətinlik çəkirlər-VİDEO

 

Cəlilabadda fermerlər becərdikləri kartofu satmaqda çətinlik çəkirlər

Cəlilabadda fermerlər əziyyətlə becərdikləri kartofu satmaqda çətinlik çəkirlər.

Yenixeber.org: Muğan büromuzun məlumatına görə, məhsuldarlığın az olması, qiymətin ucuzluğu onları məyus edib.

Onlar deyir ki, məhsulun maya dəyəri, o cümlədən daşınma xərcini hesablayanda əkinçiyə qazanc qalmır. Fermerlər becərdikləri kartofu sata bilmir, ya da çox ucuz qiymətə satır:

“Bu da sərfəli deyil”.

Fermerlər deyir ki, bu mövsüm onsuz da suvarmada mövcud olan problemlər məhsuldarlığa ciddi təsir göstərib. Belə ki, məhsuldarlıq orta hesabla 40% aşağı düşüb. Qiymətlərin də ucuz olması əkinçinin işini lap çətinə salıb.

Onların sözlərinə görə istixana şəraitində yetişdirilən kartofun ilkin qiyməti 1,20 qəpikdən başlasa da, qiymətlər sürətlə aşağı düşüb.

Hazırda açıq sahələrdən toplanan məhsulun qiyməti 30-40 qəpik arasında dəyişir.

Fermerlər deyirlər ki, belə davam edərsə, kartof sahələrdə qalacaq.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam