Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib-FOTO

Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının videokonfrans formatında ilk iclası keçirilib.

Yenixeber.org: İclasda əvvəlcə komissiyanın sədri Salih Kurt, Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, yazıçı-publisist Müslüm Aktürk, vəkil Mustafa Kuran və başqalarının çıxışları dinlənilib.

Komissiyanın üzərinə düşən missiyanı ləyaqətlə başa çatdıracağına inandığını ifadə edən sədr Salih Kurt əminliklə bildirib ki, komissiya fəaliyyətini daha da genişləndirərək ədalət carçısı kimi tanınacaq.

Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməsini tarixi hadisə və milli şərəf kimi dəyərləndirən səfir Hulusi Kılıç bildirib ki, düşmənin törətdiyi amansız dağıntılar və müharibə cinayətlərinin araşdırılması hər birimizin üzərinə düşən mənəvi borcdur.

Tədqiqatçı Yücel Karauz əminliklə ifadə edib ki, komissiya fəaliyyət istiqamətlərini dəqiqləşdirməklə hədəflərinə çatacaq.

Sonra Türkiyə Prezidentinin baş müşaviri, tədqiqatçı alim Seyit Sertçelik 8 il tədqiqat apardığı Rusiya arxivləri ilə bağlı fikirlərini bölüşərək vurğulayıb ki, Ermənistanın əsaslı dövlət arxivi yoxdur, onlar rus arxivlərinin surəti əsasında arxiv yaradıblar.

Komissiyanın növbəti iclası mayın 18-də keçiriləcək.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam