Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın iclası

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın iclası

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

Yenixeber.org: İclası giriş sözü ilə açan Komissiyanın sədri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçi, qazi və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

O.Şirəliyev Nazirlər Kabinetinin Qərarına əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb.

O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib: "Bu işə həmçinin xarici mütəxəssislər cəlb olunub".

İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam