Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə günlük yoluxma sayı 410 mini keçdi  

 

                    Hindistanda günlük koronavirusa yoluxanların sayı 410 min nəfəri ötüb.

Yenixeber.org: Hindistan hökuməti ölkədə koronavirusla bağlı vəziyyətin nəzarətdən çıxmasını virusun ikiqat mutasiyaya uğramış ştamının sürətlə yayılması ilə əlaqələndirir. "B.1.617" kimi tanınan "ikiqat" ştamm ölkənin bir çox əyalətlərində çoxlu sayda xəstələrdə görünüb.

Rəsmi məlumata görə, təkcə ötən sutka ərzində ölkədə 412 min yeni yoluxma və 3980 ölüm faktı qeydə alınıb.

Ekspertlər Hindistanda üçüncü dalğanın da qaçılmaz olduğunu bildirir. Tanınmış alim Krişnasvami VijayRaghavan bu haqda aşağıdakıları qeyd edib:

"Yoluxma səviyyəsini nəzərə alsaq, üçüncü dalğa qaçılmazdır. Ancaq bunun hansı təqvimdə baş verəcəyi məlum deyil. Yeni dalğalara hazır olmalıyıq".

Hazırda Hindistanda koronavirusla bağlı mövcud vəziyyət səhiyyə sistemini tamamilə çökdürüb. Xəstəxanalarda oksigen, yataq və digər avadanlıq çatışmazlığı var. Bəzən koronaviruslu xəstələr xəstəxanaların önündə növbə gözləyərkən ölürlər. Vəziyyət o yerə çatıb ki, ölən şəxslər kütləvi şəkildə avtomobil dayanacaqlarında, stadionlarda yandırılır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ötən həftə dünyada virusa yoluxanların yarısı və ölənlərin dörddə biri Hindistanda qeydə alınıb.

Təxminən 1,4 milyard əhalisi olan Hindistanda bu günə qədər 26 milyon adama iki doza, 124 milyon adama bir doza peyvənd vurulub.

Hindistan milyonlarla doza peyvənd sifariş etsə də hələlik ölkəyə istənilən sayda peyvənd gətirilməyib.
Mütəxəssislər qeyd edir ki, yalnız vaksinasiya prosesi və qabaqlayıcı tədbirlər sayəsində ölkə böhran vəziyyətdən çıxa bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam