Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Türkiyə -qapanma rejimini sərtləşdirəcək

Türkiyə qapanma rejimini sərtləşdirəcək

Türkiyə rəsmiləri koronavirusla əlaqədar vəziyyətə görə mövcud qapanma rejimini sərtləşdirməyə qərar veriblər.

Yenixeber.org: Ölkənin Daxili İşlər Nazirliyinin saytındakı məlumata əsasən xəbər verilir ki, yeni qapanma tədbirləri mayın 7-də qüvvəyə minəcək.

Pandemiyanın başlanğıcından bəri Türkiyədə 4,9 milyondan çox insan COVID-19-a yoluxub, 41 min xəstə ölüb.

“Mayın 7-dən etibarən mağazalarda, o cümlədən supermarket şəbəkələrində yalnız əsas qida məhsullarının, gigiyena məhsullarının, ev heyvanları üçün qidaların və kosmetik vasitələrin (ətriyyat və makiyaj məhsulları istisna olmaqla) satılmasına icazə verilir”, – Daxili İşlər Nazirliyi bildirib.

Məhdudiyyətlərə spirtli içki satışı ilə yanaşı, elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ təchizatı satışı əlavə olunur.

Türkiyə sakinləri aprelin 29-dan mayın 17-dək zəruri alış-veriş və təcili tibbi yardım istisna olmaqla evdən çıxa bilməzlər. Şəhərlər arasında səyahətlər üçün rəsmi icazə tələb olunur, məktəblilər onlayn rejimdə təhsil alırlar, ictimai nəqliyyatda isə sərt məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbula uçuşları müvəqqəti dayandırıb. Bakı-Ankara-Bakı aviareysləri 29 aprel-13 may, Bakı-İstanbul-Bakı aviareysləri isə 29 aprel-16 may tarixlərində həyata keçirilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam