Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Məşhur qida məhsullarının satışı qadağan olunub- RƏSMİ

    

Məşhur qida məhsullarının satışı qadağan olunub - RƏSMİ
Son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yayılır.
Yenixeber.org: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev açıqlamasında deyib ki, qeyd olunan məhsullar ("Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo"şirniyyatları və "Banduel" məhsulları) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və İdxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur. 



"Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Hazırda satış şəbəkələrindən yığışdırılan həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam