Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Putinlə görüş Ramiz Mehdiyevi BİTİRDİ: Daha kimlər gedəcək -siyahıda deputatlar da var...

Putinlə görüş Ramiz Mehdiyevi BİTİRDİ:
Azərbaycan siyasətinin "boz kardinalı" Ramiz Mehdiyev ən ağır cinayətlərdə ittiham olunur.
Yenixeber.org: Ona qarşı irəli sürülən maddələr hətta Əli İnsanov və Fərhad Əliyevə qarşı vaxtilə açılan cinayət işlərindən də ağırdır. Söhbət Prezident Aparatına rəhbərlik etmiş, ölkənin idarəetməsinə cavabdeh olmuş ikinci şəxsin dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilməsindən gedir. Siyaset.info yazır ki, Ramiz Mehdiyevə verilən ev dustaqlığı anlaşılandır. Onun yaşı ilə əlaqədar evdən çıxmadığı çoxdan məlum idi. Amma cinayət işi açılaraq ev həbsi verilməsi artıq qərardır. Gündəmi silkələyən bu sensasion həbsin səbəblərinə gəlincə, müxtəlif ilkin versiyalar irəli sürmək mümkündür.
Birincisi, iş adamı Adnan Əhmədzadənin həbsinin davamı ola bilər. Adnanla bağlı iddialardan biri bu idi ki, Rusiyaya bağlıdır, verilən tapşırıq əsasında neftimizə xloridin maddəsi qatıb. Neft kimi strateji sahəyə, SOCAR-ın beynəlxalq reputasiyasına zərər vurulması təkcə Adnanın əməli ola bilməzdi. Burada ciddi şəbəkə var. Və əgər Rusiya ilə əlaqəlidirsə, Mehdiyevin də uzun illər Moskvaya bağlantısı sirr deyil. Yəni dövlətə xəyanət ittihamı verilibsə, burada neftə başqa maddə qatılması cinayətində sabiq PA rəhbərinin də siyasi rolunun olması ehtimalı var.
İkincisi versiya isə hesablaşma, son haqq-hesabın çürüdülməsi ola bilər. Yəni yeni siyasi elita Mehdiyev klanına sonuncu zərbəni də endirir və onu tamamilə zərərsiz vəziyyətə gətirir. Sözsüz ki, hədəf budursa, Mehdiyevin ətrafında olan şəxslərin də həbsi qaçılmazdır və onların illərlə topladığı sərvət əllərindən alınacaq. Bu isə özlüyündə Eldar Mahmudov işindən sonra ən səs-küylü hadisədir. Beləliklə, siyasi hakimiyyət Azərbaycana, onun strateji sahələrinə ziyan vurmuş, o cümlədən hakimiyyəti qəsb etmək niyyətində olmuş klanlarla sonuncu savaşa girir. Buna qədər bir sıra məmurlar, qruplaşmalar sıradan çıxarılmışdı, MTN işi və digər hadisələr ifşa olunmuşdusa, bu dəfə "ilanın başı" əzilir. Mehdiyev dövlətin içində ən yüksək vəzifələrdən birini tutaraq uzun illər xain planlar qurmaqda baş rol almış klan rəhbəri olub. İndi onun ittiham olunduğu maddələr üzrə aparılacaq istintaq nəticəsində xeyli başların gedəcəyi şübhə doğurmur. Bununla da hakimiyyət dövlətə illərlə zərər vuranları cəzalandırır. Bunun ardınca Tərtər işinin açılması, Nəcməddin Sadıkov, Zakir Qaralovun da məsuliyyətə cəlb olunması versiyalardan biridir.
Ümumiyyətlə, Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlət sistemində mühüm vəzifələrdə çalışıb.
Bu müddətdə isə seçki saxtakarlıqlarının təşkili, Rusiyadan verilən siyahı üzrə parlamentə 5-ci kolon yerləşdirilməsi haqda dəfərlərlə deyilib. Deputatların çoxunun ona bağlı olduğu da sirr deyil. Bu mənada hakimiyyətin referenduma və yeni parlament seçkilərinə gedəcəyi şübhə doğurmur.
Və bu dəfə görünür ki, Mehdiyevin ifşasının qarşısını Rusiya ala bilmədi. Hətta bəzi iddialara görə, elə Düşənbədə keçirilən görüşdə Putin Mehdiyevin üstündən xətt çəkilməsinə razılıq verə bilər.
Onu da deyək ki, Mehdiyevin fəaliyyəti 1990–2010-cu illər ərzində dövlət idarəçiliyinin strukturlaşmasında mühüm rol oynasa da, zaman keçdikcə onun qərarları və davranışları dövlətin yenilənmə siyasəti ilə ziddiyyət təşkil etməyə başladı.
Prezident İlham Əliyevin 2018-ci ildən etibarən başladığı modern idarəetmə və gəncləşmə islahatları cəmiyyətdə müsbət qarşılandı. Bu islahatların əsas məqsədi köhnə idarəetmə vərdişlərindən imtina etmək və yeni texnokrat nəsli hakimiyyətə gətirmək idi.
Ramiz Mehdiyev isə illərlə formalaşmış mərkəzçi, qapalı idarəetmə modelinin simvolu kimi qalırdı. Onun bəzi çıxışları və qərarları bu islahatların ruhuna uyğun gəlmirdi və sistem daxilində dəyişikliklərə qarşı passiv müqavimət kimi qiymətləndirilə bilərdi.
İndi isə bu müqavimət qırıldı və Mehdiyev erası da bitir(ilir)...(siyaset.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam