Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qırğızıstan və Tacikistan hərbçiləri arasında sərhəddə atışma olub -VİDEO

Qırğızıstan və Tacikistan sərhədində təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Yenixeber.org: "İnterfax" xəbər verir ki, hadisənin baş verməsində tərəflər bir-birini günhalandırır. Hadisə bu gün günorta saatlarında Qolovnoy su paylama məntəqəsində baş verib.

Tacikistan qarşı tərəfin sözügedən su paylama məntəqəsini qanunsuz olaraq ələ keçirmək istədiyini vurğulayıb. Qırğızıstan isə səhər saatlarında Tacikistanın ərazidən keçən qırğız vətəndaşların ov tüfəngindən atəşə tutduğunu bildirib. Qırğızstan Səhiyyə Nazirliyi hadisə nəticəsində 8 qırğızın yaralandığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir, bunun yalnız 504 kilometrində delimitasiya və demarkasiya prosesi baş tutub. Qalan ərazilərin kimə məxsusluğu təyin olunmadığından bu iki ölkə arasında qarşıdurmaya səbəb olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam