Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tacikistan- Qırğızıstan sərhədində - yenə münaqişə oldu

Tacikistan-Qırğızıstan sərhədində 200 nəfərin iştirakı ilə münaqişə baş verib.
Yenixeber.org: Bu barədə “RİA Novosti”yə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, insident bu gün saat 09:30-da Kok-Taş kəndində baş verib. Təxminən 80 Qırğızıstan və 100-dən çox Tacikistan vətəndaşı bir-birilərinə daş atıb.
Hadisə yerinə sərhəd nümayəndələri, regional idarələrin rəhbərləri və iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qırğızıstan Dövlət Sərhəd Xidmətinin ilkin məlumatına görə, münaqişə nəticəsində xəsarət alan olmayıb.
Münaqişənin səbəbinin bu gün Tacikistan və Qırğızıstan vətəndaşları arasında baş verən döyüşün ola biləcəyi ehtimal edilir.
Qeyd olunur ki, hazırda Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri, habelə hüquq- mühafizə orqanlarının nümayəndələri hadisə yerində danışıqlar aparırlar. Bundan əlavə, artıq iki ölkənin sərhəd xidmətlərinin baş qərargah rəisləri arasında telefon danışığı baş tutub. Tərəflər münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün birgə tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, son bir ay ərzində Tacikistan-Qırğızıstan sərhədində bir neçə dəfə təxribatçı hərəkətlər törədilib. Münaqişələr bu il dekabrın 1-dən artmağa başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam